Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir

16:08 - 13 Dekabr 2017 - SİYASƏT

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 2009-cu ildə ildə Türkiyə ilə imzalanan, ikitərəfli əlaqələrin normallaşdırılmasına yönələn protokolları ləğv edəcəklərini açıqlayıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nalbandyan Türkiyənin protokolların ruhuna uyğun davranmadığını iddia edib: “Ermənistan prezidenti (Serj Sarkisyan) sentyabrda İrəvanın protokolları etibarsız sayacağını söylədi. O zamandan bəri qüvvəyə minməsi yönündə müsbət addım atılmadı. Bu səbəbdən də 2018-ci ilin yazını bu protokollar olmadan keçirəcəyik”. 
 

Nalbandyan əlavə edib ki, həmin sənədlər daimi girovluqda qala bilməzlər.
 

Qeyd edək ki, iki ölkə arasında münasibətləin normallaşmasını təmin etmək üçün 2009-cu ildə Sürix şəhərində protokollar imzalanıb. Türkiyə parlamenti protokolu ratifikasiya etməyib. Şərt ondan ibarət olub ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. 

Xəbər xətti