Ana səhifə
19 Oktyabr 2018

Bir aydan sonra Ermənistanı görəcəyik...

“Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi”. 
 

“Qafqazinfo” xəbər verir ki, bunu Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına açıqlamasında deyib. O, bildirib ki, dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə və danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu: “Vyana görüşünün nəticə olaraq razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaqdır. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Tarix
13 Dekabr 2017 [15:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin