Müğənni bu klipə görə həbs olundu- VİDEO

11:45 - 13 Dekabr 2017 - MAQAZİN

Klipində ehtiraslı şəkildə banan yeyən müğənniyə 2 il həbs verildi

​Misir məhkəməsi Şaima Ahmed adlı müğənniyə 2 il həbs cəzası hökmünü verib. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı müğənni çəkdirdiyi klipdə ehtiraslı şəkildə banan yediyi üçün məhkəmənin qərarı ilə "əxlaqsızlıq və açıq-saçıq bir film" çəkdiyi səbəbindən bu cəzaya layiq görülüb. Ötən ay yayımlanan bu klip qalmaqala səbəb olmuşdu.

Qeyd edək ki, klipin rejissoru barədə də 2 illik qiyabi həbs qərarı çıxarılıb. Həbs olunmamışdan əvvəl müğənni "Mənim problemlərim var" adlı klipi tənqid edən insanlardan üzr də istəmişdi. Soaial şəbəkə hesabında isə "Bütün bunların olacağını, insanların mənə hücum edəcəyini düşünməmişdim" sözlərini yazaraq feysbuk hesabını də bağlayıb.

Xəbər xətti