Türkiyənin tanınmış iş adamı oğlunu öldürüb

21:22 - 13 Dekabr 2017 - DÜNYA

Türkiyədə məşhur ayaqqabı firmasının sahibi Nimet Tarlak oğlunu qətlə yetirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, narkotik aludəçisi olan oğlu ondan pul istədikdən sonra 56 yaşlı iş adamı ilə aralarında mübahisə yaranıb. Daha sonra oğlu atasını bıçaqla hədələyib. İş adamı tapançasından iki dəfə atəş açaraq oğlunu öldürüb.

Ata ifadəsində oğlunun narkotik istifadəçisi olduğunu, heç vaxt işləmədiyini və hər zaman ondan pul aldığı üçün aralarında tez-tez belə mübahisələrin yarandığını bildirib. 

Xəbər xətti