Ana səhifə
22 Fevral 2018

Elmar Məmmədyarov Qüdslə bağlı nazirlərin toplantısında

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, məlumatı İƏT-in mətbuat xidməti yayıb.
İclas ev sahibi olan Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak edir.  

Nazirlər təşkilatın Qüds məsələsi ilə bağlı bu gün İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

Qeyd edək ki, İƏT-in zirvə toplantısında ABŞ Prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq. 
Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib.

Tarix
13 Dekabr 2017 [10:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ