Türkiyə Rusiya əleyhinə sanksiyalara qarşı çıxdı

15:47 - 12 Dekabr 2017 - SİYASƏT

Türkiyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxır.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu bəyanat səsləndirib.
 

Çavuşoğlu deyib: "Sanksiya və təhdidlərlə heç vaxt nəsə əldə etmək olmur. Avropa İttifaqının bəzi ölkələri Rusiyaya qarşı sanksiya siyasəti yürüdür. Digər ölkələr isə Rusiya ilə münasibətlərini qoruyur, ticarət edir və yaxşı əməkdaşlığa malikdir. Rusiyadan bütün ölkələr təbii qaz alır. Yəni, ciddi məsələlərlə məşğul olmaq, ciddi problemləri həll etmək lazımdır. Bunların sayı kifayət qədərdir".

Xəbər xətti