Səfir: "İran Qüds məsələsinə həssas yanaşır"

11:52 - 12 Dekabr 2017 - SİYASƏT

"İran Qüds məsələsinə həssas yanaşır. İran çalışır ki, regionda sülh olsun, müharibələr olmasın".

Ucnoqta.az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. 

"Çalışırıq ki, insanlar yurd-yuvalarından didərgin düşməsinlər, rahat yaşasınlar. Müsəlman ölkələri bir olmalıdırlar, bu birlik qüdrətli olmalıdır. Bu məsələlər sabah İstanbul toplantısında da müzakirə ediləcək", - deyə, səfir əlavə edib.

Xəbər xətti