Bakı-Quba yolunda iki maşın toqquşub, 7 nəfər xəsarət alıb

20:22 - 11 Dekabr 2017 - HADİSƏ

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Ucnoqta.az APA-nın şimal bürosuna istinadən bildirir ki, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Xəbər xətti