Türkiyə və Fransa ABŞ-ı Qüdslə bağlı mövqeyindən çəkindirməyə çalışacaq

23:35 - 9 Dekabr 2017 - SİYASƏT

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa prezidenti Emanuel Makronla telefonla danışıb.
 

"Report" "TASS"a istinadən məlumat verir ki, tərəflər İsrailin paytaxtını Təl-Əvivdən Qüdsə köçürülməsinin rəsmi Vaşiqtonun tərəfindən dəstəklənməsini müzakirə ediblər.

Ərdoğan Makronla telefon söhbəti zamanı qeyd edib ki, Qüdsün tarixi statusunun qorunması bütün bəşəriyyətin vəzifəsidir.

Tərəflər birgə səyləri ilə ABŞ-ın öz qərarını dəyişməsinə inandıracaqları barədə razılığa gəliblər.

Xəbər xətti