Ana səhifə
16 Oktyabr 2018

Rəcəb Tayyip Ərdoğan İlham Əliyevi İstanbula dəvət etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Ucnoqta.az” "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə  Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Tarix
9 Dekabr 2017 [19:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin