Zakir Həsənov hərbi nəşriyyatda oldu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi nəşriyyat, Sənədli və tədris filmləri kinostudiyası, eləcə də “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub.

Ucnoqta.az Müdafiə nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"-a verilən məlumata istinadən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi tabelikdə olan müəssisələrdə, xidməti və inzibati otaqlarda, həmçinin kinostudiyanın çəkiliş pavilyonunda yaradılmış şəraitlə tanış olub.Müdafiə nazirinə məruzə olunub ki, müasir texniki avadanlıqlarla təchiz edilmiş müəssisələr bütün növ çap materiallarının nəşr edilməsi, hərbi-tədris və sənədli filmlərin çəkilişi, həmçinin foto və video materialların hazırlanması imkanına malikdir.
 

Şəxsi heyətlə görüşən Müdafiə naziri gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verib.

Tarix
8 Dekabr 2017 [17:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-12-08 17:29:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin