Səlim Müslümov işsizlik probleminin səbəblərindən danışdı

"Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var".

Ucnoqta.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması" konfransında çıxışı zamanı bildirib.
 

"Məlumdur ki, işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin və əmək vəzifələrinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəbləri kimi nəzərdən keçirilir. Digər tərəfdən elm və texnologiyanın yüksək inkişafı biliklərin xeyli hissəsinin aktuallığını itirməsini, eləcə də mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsini şərtləndirir", - deyə nazir əlavə edib.

Tarix
8 Dekabr 2017 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-12-08 11:04:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin