Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirildi

15:17 - 7 Dekabr 2017 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüş olub.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, tərəflərin görüşü Vyana şəhərində ATƏT Xarici İşlər Nazirlər Şurasının iclasında baş tutub.

Bildirilir ki, nazirlərin görüşü ATƏT-in həmsədrlərinin iştirakı ilə baş tutub. Sonra isə Məmmədyarov və Nalbandyan arasında təkbətək görüş keçirilib.
 

Nazirlər ölkə prezidentlərinin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilən razılaşmaların reallaşdırılması yollarını müzakirə ediblər.
Həmsədrlərin təklifi ilə Məmmədyarov və Nalbandyan arasında 2018-ci ilin əvvəlində də görüş olacaq.
 

Görüş zamanı həmsədrlərin regiona səfəri də müzakirə edilib.

Xəbər xətti