Ana səhifə
19 Dekabr 2017

“Güclü olmaq haqlı olmaq demək deyil” - Ərdoğandan Trampa

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ dövlət başçısı Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə lideri bu məsələni prezident Vladimir Putinlə müzakirə etmək niyyətində olduğunu bəyan edib:

“Mən Trampın Qüdslə bağlı bəyanatından sonra sadəcə islam ölkələri liderləri ilə deyil, qərb ölkələri başçıları, həmçinin Roma papası ilə də telefon danışıqlarını davam etdirirəm. Çünki bu mövzu təkcə müsəlmanlara deyil, hər kəsə toxunur. 

Ərdoğan əlavə edib ki, ABŞ indiyə qədər heç kimin pozmadığı BMT-nin 1980-ci ildəki Qüdslə bağlı qərarını çiynəmiş olub: “Başa düşmək olmur ki, Tramp bu qərarı ilə nə deməyə çalışdı. O, indi mikser rolunu oynayır, bütün regionu həyəcanlandırır. Qüds müsəlman, xristian və yəhudilər üçün müqəddəs yerdir. Belə bir addım bu region üçün yanan kibrit kimidir. 

Liderlər münaqişələri alovlandırmamalıdırlar, sülhü bərqərar etməlidirlər. Əgər Tramp hesab edirsə ki, o belə güclüdür və bu səbəbdən haqlıdır, o zaman yanılır. Güclü olmaq haqlı olmaq demək deyil”.  

Tarix
7 Dekabr 2017 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ