Nalbandyan Vyanada həmsədrlərlə görüşüb

17:46 - 6 Dekabr 2017 - SİYASƏT

Vyanada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.
 
Qeyd edək ki, bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü gözlənilir. Həmsədrlərin iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, prezidentlərin növbəti görüşü ilə bağlı məsələsi müzakirə olunacaq.
 
Hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Vyanada səfərdədir.

Xəbər xətti