Xələf Xələfov: "Xəzər dənizində mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib"

17:37 - 6 Dekabr 2017 - SİYASƏT

 "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsində tam sektoral bölünmə prinsipi əks olunub".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

Xatırladaq ki, XİN başçılarının görüşünün yekununda demək olarŞ 20 ildir üzərində işlənilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni üzrə hazırlığı faktiki olaraq başa çatdırmaq mümkün olub.

Nazir müavininin sözlərinə görə, Konvensiya layihəsi hüquqi çərçivə yaradır və bu çərçivə daxilində İran və Türkmənistan ilə ayrı-ayrılıqda sənədlər imzalanacaq.

"Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Əsas məsələ İran və Türkmənistanla delimitasiyasıdır. Gələcəkdə onların istifadəsi beynəlxalq hüquq normaları əsasında həll olunacaq. Su məkanı baxımından Konvensiyada hər şey aydın göstərilib və beştərəfli razılaşma olacaq", - X.Xələfov bildirib.

Xəbər xətti