Zakir Həsənov türkiyəli generalla görüşüb

13:33 - 6 Dekabr 2017 - SİYASƏT

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 6-da Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin  Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi, korpus generalı Yavuz Türkgenci ilə görüşüb.

 
Ucnoqta.az MN-dən APA-ya verilən məlumata istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında  hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
 
Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.


Xəbər xətti