Elçin Quliyev türk generalı qəbul etdi

13:08 - 6 Dekabr 2017 - SİYASƏT

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-pol­kovnik Yavuz Türk­gəncin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Ucnoqta.az DSX-nin mətbuat mərkəzindən "Ölkə.Az"-a verilən məlumata istinadən bildirir ki, görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əla­qə­lə­rin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın per­spektivlərinə dair fikir mübadiləsi aparılıb.
 
Söhbət zamanı Azərbaycanın dövlət sərhəd­lərin­dəki möv­cud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərdən qeyri-qanuni məqsədlərlə isti­fadə hallarının davam etdi­rilməsi qeyd olunub.
 
Transsərhəd cinayətkarlığı ilə müba­rizədə həyata ke­çirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sər­həd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın tək­mil­ləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlu­mat verilib.
 
Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin də­rinləş­diril­mə­si, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsə­dilə qarşılıqlı təcrübə müba­di­ləsinin aparılması və birgə tədbirlərin keçiril­məsi istiqamətində əməkdaş­lığın genişləndirilməsinin zəruriliyi vurğu­lan­ıb.
 
Görüşdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da iştirak edib.

Xəbər xətti