Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

10:00 - 6 Dekabr 2017 - SİYASƏT

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.
 
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.
 
Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Xəbər xətti