Ana səhifə
22 Noyabr 2018

Lavrov: "Xəzəryanı ölkələrin birgə təlimləri planlaşdırılır"

"Gələn il Xəzər dənizində xəzəryanı ölkələrin birgə təlimlərinin keçirilməsi planlaşdırılır".

 
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Bu il xəzəryanı ölkələrin hər biri silahlı qüvvələrin gəmilərinin bir-birinə dostyana səfərini təşkil edib. Biz birgə perspektivli layihələrin həyata keçirilməsi barədə razılığa gəldik. Müxtəlif aspektlərdə nəqliyyat sahəsinin inkişafını müzakirə etdik. Beş ölkə arasında iqtisadi əlaqələrə də diqqət ayırdıq. Türkmənistanın təşəbbüsü ilə nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası razılaşmanın hazırlanması istiqamətində iş gedir. Həmçinin hüquq-mühafizə orqanlarımız arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və brokonyerliyə qarşı mübarizə sahəsində ayrıca protokoların qəbulunun vacibliyini  vurğuladıq". 

Tarix
5 Dekabr 2017 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin