Ana səhifə
25 Sentyabr 2018

Səməd Seyidov: “Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil”

“Azərbaycan Avropa İtifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”.
 
 
Ucnoqta.az APA-nın Gürcüstan bürosuna istinadən bildirir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
 
O bildirib ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir: “Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqı ilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”. 

Tarix
5 Dekabr 2017 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin