Dünya kinosunun ulduzu vəfat etdi

12:06 - 5 Dekabr 2017 - DÜNYA

Hindistanın və dünyanın məşhur kino ulduzu Şaşi Kapur dünyasını dəyişib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 79 yaşlı aktyor böyrək çatışmazlığı səbəbindən vəfat edib. Aktyorun ölümü  hind kino sənayesi və Bollivudu yasa boğub.

Şaşi Kapur Mumbay xəstəxanasında müalicə olunurdu. Kapurun qardaşı oğlu məşhur aktyor ölüm xəbərini təsdiqləyib: "Dünyasını dəyişdi. Bir neçə il idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi".

Şaşi Kapur 1938-ci ilin 18 mart tarixində anadan olub. Uzun illər hind kino sənayesinə hakim olub. "Prithvi" teatrları ilə qastrola çıxaraq atasının rejissoru olduğu əsərlərdə rol alıb. 1950-ci ildə "Sangram" və 1953-cü ildə "Dana Paani" filmləri ilə karyerasına başlayıb və uğur qazanıb. Bir neçə dəfə ingilis və amerikan filmlərində də kamera qarşısına keçib.

Xəbər xətti