Miqrasiya Məcəlləsinə dəyişikliklər təsdiqlənib

11:48 - 5 Dekabr 2017 - SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda iki maddə əlavə edilib:
 
“9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək”.
 
“17.1.5-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək”.

Xəbər xətti