Azərbaycan XİN başçısı: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var"

11:44 - 5 Dekabr 2017 - SİYASƏT

 "Bu gün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var".

Ucnoqta.az "Report"un Rusiya bürosuna istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasında çıxış edərkən deyib.

"Əminəm ki, Xəzəryanı dövlətlər beynəlxalq hüququ nəzərə almaqla, Xəzərin statusuna dair konsensus əldə etmək üçün əllərindən gələni edəcəklər", - E.Məmmədyarov bildirib.

Xəbər xətti