SOCAR işçilərinin düşdüyü qəzadan görüntülər – Video

14:25 - 4 Dekabr 2017 - HADİSƏ

Videoda qəzadan sonra avtomobildə sıxışıb qalan yaralıların xilas edilməsi prosesi əks olunub

SOCAR Cope MMC-yə məxsus avtomobilin qəzadan sonrakı videosu yayılıb. Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, videoda qəzadan sonra avtomobildə sıxışıb qalan yaralıların xilas edilməsi prosesi əks olunub.

 
Qeyd edək ki, hadisə dekabrın 1-i, saat 7 radələrində Bakı-Ələt yolunda baş verib. Qəza zamanı “Mitsubişi” markalı avtomobildə üç şirkət işçisi olub. Avtomobildə olanlardan biri sürücü, digəri SOCAR işçisi, biri isə Faysal Rehma adlı Pakistan vətəndaşı olub. Qəza nəticəsində avtomobildə olan sərnişinlər və sürücü ağır yaralanıb.

Hazırda hər üç şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər xətti