Ana səhifə
20 Yanvar 2018

Prezident Qarabağ münaqişəsini Avropa İttifaqının nümayəndəsi ilə müzakirə edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğulayıb. 
Dövlət başçısı Toivo Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzulayıb. 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
4 Dekabr 2017 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ