Türkmənistan səfiri: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır"

12:10 - 4 Dekabr 2017 - SİYASƏT

"Türkmənistan üçün Azərbaycan strateji tərəfdaşdır".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev deyib.
Səfirin sözlərinə görə, ölkələri bir-birinə mədəniyyət, tarixi köklər bağlayır.

"Ticarət dövriyyəsi artmaqda davam edir. Buna xüsusilə energetika, nəqliyyat və logistika sahələrində həyata keçirilən birgə layihələr töhfə verir. Prezident Qurbanqulu Berdıməhəmmədovun səfəri və səfər çərçivəsində imzalanmış sənədlər əməkdaşlığımıza əlavə təkan verib", - səfir bildirib.
O, Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi və əməkdaşlığın daha da artacağına əminliyini vurğulayıb, bunun üçün dövlət başçılarının istəklərinin və qeyri-məhdud imkanların olduğunu qeyd edib.

Xəbər xətti