Elmar Məmmədyarov Rusiyaya işgüzar səfərə yola düşüb

11:11 - 4 Dekabr 2017 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib.
 

Ucnoqta.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, E.Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

Tədbir çərçivəsində nazirin çıxışı nəzərdə tutulub.

Xəbər xətti