Ana səhifə
16 İyul 2018

Türkiyə prezidenti: "Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək"

"Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək".

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

 

R. T. Ərdoğan deyib ki, Ermənistan xüsusən də erməni diasporunun təsiri ilə israrla Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqdadır: "Buna görə Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər".

Tarix
3 Dekabr 2017 [16:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin