Səlim Müslümov: “Gələn il bir ailəyə düşən ünvanlı sosial yardım 175 manata çatacaq”

17:12 - 1 Dekabr 2017 - SİYASƏT

“Dövlət büdcəsi sosialyönümlüdür. Cənab prezidentin tapşırığı ilə ehtiyac meyraının həddi 116 manatdan 130 manata qaldırıldı. Bu da Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bir ailəyə düşən orta aylıq məbləğinin 14 manat artmasına gətirib çıxaracaq. Bu da gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, bu bir daha dövlət başçsının diqqətinin sosial problemlərin həllinə yönəldiyini göstərir: “Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasına problem olmayacaq”.

Xəbər xətti