Ana səhifə
21 Oktyabr 2018

Əcnəbilərin qeydiyyata alınması sadələşdirildi

 Milli Məclis əcnəbilərin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Ucnoqta.az “Report”a istinadən bildirir ki, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.
Layihədə bildirilib ki, Miqrasiya Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Müvafiq dəyişikliyə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Hazırki dəyişikliyin məqsədi əcnəbinin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsindən ibarətdir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Tarix
1 Dekabr 2017 [14:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin