Ana səhifə
18 Yanvar 2018

Azərbaycan Rusiyanın ermənipərəst yeni səfirini qəbul etmədi

Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.

 

Ucnoqta.az” xəbər verir ki, bu haqda məlumatı virtualaz.org yazıb. Saytın Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə etdiyi xəbərə görə, Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Məlum olub ki, bu, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyir.

 

Tarix
28 Noyabr 2017 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ