Ana səhifə
18 Dekabr 2017

Azərbaycanda 2 milyon 600 minə yaxın uşaq var

Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub

“Ölkəmizdə uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir”.

Ucnoqta.az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib. 


Onun sözlərinə görə, uşaq evləri və internat məktəblərinin inkişafı proqramı və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-ədək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub.
“Hazırda ölkədə 2 milyon 600 minə yaxın uşaq var. Dövlət tərəfindən mütəmadi olaraq qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmiş tədbirlər keçirilir. Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Mehriban xanım uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir”, - deyə H. Hüseynova bildirib.


Komitə sədri əlavə edib ki, uşaq hüquqları haqqında Konvensiya üzrə 2015-ci ildə 3506, 2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb.

Tarix
24 Noyabr 2017 [18:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ