İlham Əliyev bu gün Brüsselə səfər edəcək

10:59 - 23 Noyabr 2017 - Xəbər

Ölkə başçısı Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev bu gün Brüsselə səfər edəcək. AzVision.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, prezident NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Görüş Brüsseldə alyansın qərargahında baş tutacaq. Ölkə başçısı Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək.

Xəbər xətti