Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib”

12:31 - 21 Noyabr 2017 - ÖLKƏ İÇİ

Bu gün bəzi elektron kütləvi informasiya vasitələrində yalnış məlumatlar və saxta profilləldən ünvanlanan yazılar yayılmaqdadır. Artıq Mətbuat Şurası bu cür hallara qarşı sərt mübarizəyə başlayıb. Məsələyə hüquq-mühafizə orqanları da qarışıb. Bu ərəfədə 20 nömrəli məktəbin direktor müavini Yasəmən Əliyeva barəsində yazılan yazıları da elə onu yazanlar təkzib edib. Amerikapress.com saytı direktor müavini Yasəmən Əliyeva barəsində guya saytın elektron ünvanına daxil olan məlumatı işıqlandırıb. Saytın adından danışan Rauf Sultanov adlı şəxs əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb. Birində avtomobil oğurlayıb, digərində isə dələduzluq edib.

Ucnoqta.az xəbər verir ki, bir il öncə azadlığa çıxan Rauf Sultanov Yasəmən Əliyeva barəsində yazdıqlarını təkzib edərək bəyan edib ki, onun saytına müraciət edən Əfsanə Nəciyeva adlı vətəndaş suallarıı cavablandırmaqdan yayınıb: "Dəfələrlə onunla əlaqə saxlayıb Yasəmən Əliyevanı rüşvət almaqda ittiham etməsinə aydınlıq gətirməsini xahiş etdik. Lakin Ə.Nəciyeva suallarımızı tam cavablandıra bilmədiyi üçün bizdə şübhələr yarandı. Digər tərəfdən isə vətəndaş iddiasında qeyd edirdi ki, övladı məhz 20 nömrəli məktəbdə oxuyur. Həqiqətdə isə ümumiyyətlə, qeyd etdiyi Nurlan Nəciyev adlı şəxs həmin məktəbdə təhsil almır.
 
Göründüyü kimi, vətəndaş Əfsanə Nəciyeva tərəfindən Yasəmən Əliyevaya qarşı irəli sürdüyü ittiham öz təsdiqini tapmır və həqiqəti əks etdirməyən, xüsusən də mötəbər sübutları təqdim etməməsi səbəbindən əvvəllər dərc olunmuş bütün yazılar təkzib edilir. Əlavə olaraq qeyd edirik ki, Əfsanə Nəciyevanın tanımadığı bir şəxs barəsində yalan və böhtan xarakterli iddia irəli sürməsi kim və kimlər tərəfindən sifarişli qaydada həyata keçirilməsi ilə əlaqədar aidiyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.

Yasəmən Əliyevanın adı heç tanımadığı şəxslərlə hallandırılsa da, əslində o, həmin şəxsləri tanımır. Ümumiyyətləs isə onun belə himayəçilərə ehtiyacı yoxdur.

Xəbər xətti