Səlim Müslümovun yerinə Səttar Möhbalıyev gəldi- İclas keçirildi

11:54 - 21 Noyabr 2017 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

 

 

Ucnoqta.az” xəbər verir ki, iclasda Komissiyaya yeni sədr seçilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə, komissiyada təmsil olunan tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir. Ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

 

Qeyd edək ki, indiyədək Komissiyanın sədri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər xətti