“Qarabağ” “Çelsi” oyununa bilet axtaranlara şad xəbər

19:11 - 18 Noyabr 2017 - İDMAN

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin son ev oyununda “Çelsi” ilə matçın satışa çıxarılan biletlərin bitdiyi barədə xəbər vermişdik. Ucnoqta.az xəbər verir ki, rəqib onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib. "Qarabağ" klubu oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq biletlərinizi əldə edə bilərsiniz.    Satış məntəqələri:  “Gənclik mall” və “28 mall” “Park Bulvar” (Qarabağ FK Fan-şop) M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti Heydər Əliyev Sarayının kassası Asan Xidmət mərkəzləri Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Xəbər xətti