Ölkə üzrə 182 min tondan çox pambıq tədarük olunub

17:31 - 18 Noyabr 2017 - ÖLKƏ İÇİ

Noyabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 182 min 497,94 ton məhsul təhvil verilib. Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 17-də 1784,61 ton pambıq tədarük olunub. Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 24357,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 22442,72 ton, Bərdədə 19462,57 ton pambıq tədarük edilib.

Xəbər xətti