Ana səhifə
16 Dekabr 2017

Nigar Camal: "Gələcəkdə üçüncü dəfə ana olmağı düşünürəm"

"Dekabr ayında filmimizin qala gecəsi olacaq. İlk dəfədir ki, bu filmdə baş rolu canlandırıram. Bundan öncə Türkiyənin "Yahşi cazibe" serialında rol almışdım. Çox istərdim ki, insanların xoşuna gəlsin".  Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Şou məkan" verilişinə açıqlamasında müğənni Nigar Camal deyib. Sənətçi rol aldığı "Kəklikotu" filminin qalasına hazırlaşdığını söyləyib.
Nigar şəxsi həyatından da söz açıb. o bildirib ki, sevəcəyi insan olsa, üçüncü dəfə ailə qurmaq istəyər:
"Mənim üçün münasibət çox önəmlidir. Əgər münasibət qursam, gərək həmin adam sevdiyim insan olsun. Sevmədiyim insanla heç bir zaman münasibət qurmaram.
Qarşıma sevəcəyim insan çıxsa, mənə qarşı hörmətlə yanaşsa, onunla xoşbəxt olsam, ikinci dəfə ailə quraram.
Çox istərdim ki, evlənəcəyim adam azərbaycanlı olsun. Ona görə ki, eyni mədəniyyətə aid olarıq, eynə ölkədə yaşayarıq.

Ana olmaq ən gözəl hissdir. Çox istərdim. Gələcəkdə üçüncü dəfə ana olmağı düşünürəm".

Tarix
16 Noyabr 2017 [11:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ