Bakıda fəhlə liftin şaxtasına düşərək ölüb

10:21 - 16 Noyabr 2017 - HADİSƏ

Bakıda fəhlə faciəli şəkildə ölüb.Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.   Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.   Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Apa

Xəbər xətti