Leyla Ramazanlıdan yeni FOTOSESSİYA

13:06 - 14 Noyabr 2017 - MAQAZİN

Gənc ifaçı Leyla Ramazanlı yeni fotosesiya etdirib. Müxtəlif libaslarda kamera qarşısına keçən müğənni hər il yeni mahnıları ilə bərabər fotosesiya etdirməyə üstünlük verir. Onun bu dəfəki şəkilləri “Kamranaydinov” studiyada çəkilib. 

İfaçı yeni fotosesiyası ilə yanaşı yaradıcılığında olan yeniliklərdən də danışıb. Bildirib ki, hazırda 2 yeni mahnı  üzərində çalışır: “Mahnılardan biri ritmik digəri isə lirik üslubdadır. Mahnılarımı klipimlə birlikdə təqdim edəcəyəm. Yeniliklərim çoxdur, ancaq hələ sirr olaraq qalmasının tərəfdarıyam”.  
Qeyd edək ki, Leyla Ramazanlının yeni fotosesiyasındakı obrazlarındakı saç virajı “Melissa beauty” studiyaya məxsusdur. İfaçı vizajist Könül xanıma bunun üçün minnətdarlığını da bildirməyi unutmadı.   


Xəbər xətti