Masazırda 3 otaqlı ev yanıb

09:24 - 11 Noyabr 2017 - HADİSƏ

Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.   Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.   Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti  aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Xəbər xətti