Cəlilabadda yanğın olub

20:21 - 10 Noyabr 2017 - HADİSƏ

Cəlilabadda yanğın olub. FHN-dən verilən məlumata görə, rayonun Bədrəvan kəndində ümumi sahəsi 352 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evdə ev əşyaları 12 m2 sahədə və aynabəndin tavanı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti