Azərbaycanlı qardaşlar bu dəfə gürcüləri heyrətləndirdilər- VİDEO

15:19 - 7 Noyabr 2017 - Xəbər

Adı “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvan Laçın Abdulhüseynov və qardaşı Hüseyn bu dəfə “Georgia Got Talent”a gedib. “Azəri qardaşlar” adı ilə qatılan pəhləvanları münsiflər Azərbaycan dilində salamlayıblar.
Laçın və Hüseyn Amerikada da yarışmada yer aldıqlarını deyiblər.
Qardaşların çıxışı münsifləri şoka salıb. Onların şousunu münsiflər heyrətlə izləyiblər. Pəhləvanlar növbəti mərhələyə keçə biliblər.
Qardaşlar saytımıza açıqlamasında bildiriblər ki, növbəti səfərləri İtaliyaya olacaq.

Qeyd edək ki, Laçın və Hüseyn qardaşları Ukraynada istedad şousuna qatıldıqdan sonra ABŞ-da “America Got Talant”da da yer almışdılar.axşam.az

Xəbər xətti