“Azadlığın əlli çaları”nın treyleri yayımlanıb -VİDEO

13:36 - 7 Noyabr 2017 - MAQAZİN

Qalmaqallı “Bozun əlli çaları” filminin yekun hissəsi olan “Azadlığın əlli çaları”nın treyleri yayımlanıb. Baş rollarında Dakota Conson (Anesteyşa Stil) və Ceymi Dormanın (Kristian Qrey) oynadığı film 2018-ci ildə sevgililər günü ərəfəsində təqdim olunacaq. Beynəlxalq premyera isə 8 fevral tarixinə müəyyənləşdirilib.
Filmin sonuncu hissəsində Kristian və Anesteyşanın evlilikdən sonra keçirdiyi bal ayı və düşmənlərinin onlara hazırladığı oyunlardan söhbət açılır. Treylerdən də göründüyü kimi, filmin bu hissəsində də Anesteyşa və Kristian arasında erotik oyunlar davam edir.
Qeyd edək ki, filmin ilk hissəsi ekranlara çıxan gündən eyniadlı kitabın yazarı El-Ceyms başda olmaqla, ekran işini ərsəyə gətirən hər kəs tənqidlərə məruz qalır.publika.az

Xəbər xətti