“Bizim Tarla” və “Saville” markaları Nar Bayramında böyük marağa səbəb olublar

13:56 - 6 Noyabr 2017 - Cəmiyyət

Ötən həftə sonu Göyçay rayonunda ənənəvi Nar Bayramı keçirilib. Illərdir ki, yüksək səviyyədə qeyd edilən  bu bayrama qatılmaq üçün  xarici qonaqlar, millət vəkilləri, icra başçıları, yerli və xarici iş adamları, xarici ölkələrin Azərbaycandakı səfirləri də Göyçay rayonuna təşrif buyurublar. Tədbirdə sərgilənən “Saville”, “Bizim Tarla” nar şirələri və nar şərablar isə ziyarətçilərin xüsusi marağına səbəb olub. Yüksək keyfiyyətinə görə hər kəs tərəfindən sevilən bu milli markalarımız Nar Bayramına xüsusi rəng qatıb. Azərbaycanın ixrac potensialının artırılması və yerli yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasına xüsusi önəm verən “Azərsun Holdinq” narçılıq təsərrüfatını daha da inkişaf etdirmək üçün müxtəlif layihələr reallaşdırır. Mərkəzi Aran rayonlarında əkilmiş 600 min milli güleyşə və vələs nar növlərindən hazırlanan “Saville” nar şirələri Azərbaycan narının şöhrətini bütün dünyaya yayır. Ən son texnologiyaların tətbiqi ilə yerli məhsuldan hazırlanan “Saville” nar şirəsi artıq ölkəmizin hüdudlarını aşaraq dünya bazarlarına çıxarılaraq ölkəmizi şərəflə təmsil edir. Qeyd edək ki, hər kəs tərəfindən sevilən “Saville” və “Bizim  Tarla” məhsullarının  əsas özəlliyi seçmə meyvələrdən hazırlanması yüz faiz təbii və şəkərsiz ,  konsentratsız olmasıdır.

 


Xəbər xətti