Gələn il Formula 1 üçün xərclər daha az olacaq

12:09 - 6 Noyabr 2017 - İDMAN

Gələn il 27-29 aprel tarixlərində Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün xərclər daha az olacaq. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün keçirilən mətbuat konfransında deyib.
N.Arpadarai bildirib ki, gələn il üçün bir sıra xərclər sərf olunmayacaq: "Belə ki, Pit binası sökülməyib, təhlükəsizlik baryerləri yerində qalır, bir çox qurğular artıq alınıb və yenidən almağa ehtiyac yoxdur. Bəzi ərazilərdə qənbər daşlarının üzərinə çəkilən asfalt örtüyü sökülməyib".

O əlavə edib ki, marketinq xərcləri də gələn il az olacaq: “İldən-ilə xərclərimiz azalır, gəlirlərimiz isə artır. Biz bu prinsiplə yarışların keçirilməsinə davam edəcəyik”.trend

Xəbər xətti