"Bakubus" sürücüsündən kobud qayda pozuntusu- əks yola çıxdı -VİDEO

12:10 - 2 Noyabr 2017 - Xəbər

Bakıda "Bakubus" sürücüsünün kobud qayda pozuntusu kameraya tuş gəlib. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, "99 - JX - 266" dövlət nömrə nişanlı, 13 nömrəli avtobus əks istiqamətə çıxaraq hərəkət edib. 

Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi hələ qarşısına çıxan avtomobildən yol da istəyib.

Sərnişinlərin həyatını təhlükəyə atan sürücü daha sonra manevr edərək hərəkətə davam edib. 

Həmin görüntüləri təqdim edirik: 

Xəbər xətti