Vəhhabilər Güzdəkdə yas mərasiminə hücum etdi - VİDEO

15:42 - 1 Noyabr 2017 - HADİSƏ

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib. Mynews.az-ın verdiyi məlumata görə, ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə "vəhhabi" adlanan dindar olub. Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifadələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə narahatlıq yaratması ilə bağlı olduğunu bildiriblər.

Bir neçə nəfər isə ümümiyyətlə ehsan verilməsinin doğru olmadığını deyib. Nəticədə mərhumun yaxınları ilə vəhhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhhabiləri yas yerindən uzalaşdırıblar.

Həmin hadisədən olan görüntünü təqdim edirik:

 

Xəbər xətti