Biləsuvarda naməlum traktor piyadanı vurub

14:38 - 1 Noyabr 2017 - HADİSƏ

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonunun ərazisində müəyyən edilməyən traktorla Cəbrayıl rayon sakini Zaur Yunusov vurulub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti